Salyan məktəblisi dünya çempionu olub - Fotolar

İtalyanın Karara şəhərində keçirilən dünya çempionatında “kung fu” idman növü üzrə Qarayev Tuncel Natiq oğlu dünya çempionu olub...

Poliqon xəbər verir ki, Tuncel Qarayev Səlyan rayonu Qardili kəndi Cəsur Əliyev adına orta məktəbin 11ci sinif şagirdidir.

Yeniyetmə idmançımız Azərbaycan kunq-fu millisinin tərkibində İtaliyanın Karrara şəhərində keçirilən dünya çempionatında böyük uğur əldə edib və bayrağımızı zirvəyə daşıyaraq himnimizi səsləndirib. Tuncel Qarayev yarımfinalda italyalı, finalda isə ukraynalı idmançıya tam üstünlüklə qalib gəlib. İdmançımızın məşqçisi Aydın Vəliyevdir.

Vətəndən uzaqlarda böyük uğura imza atan yeniyetmə idmançımız Salyanda böyük coşqu iə qarşılanıb. İdmançını Səlyan rayonun icra başçısı Sevindik Hətəmov qəbul edib təbrik edib.Şirvan Səlyan refional təhsil idarəsinin rəisi Sənan Mənsimli də dünya çempionunu qəbul edərək təbrik edib. Həmçinin çempion təhsil aldığı Səlyan rayon Qardili kəndi Cəsur Əliyev adına tam orta məktəbdə böyük coşqu ilə qarşılanıb.

Qeyd edək ki, Azərbaycan kunq-fu millisi İtaliyanın Karrara şəhərində keçirilən dünya çempionatında 37 medal qazanıb.

##galery##

Poliqon.info