Xaçmazda meyiti tapılan şəxsin kimliyi açıqlandı - Yenilənib

Xaçmaz şəhərində evlərdən birində kişi meyiti tapılıb...

“Report”un məlumatına görə, 1966-cı il təvəllüdlü Rasim Kərim oğlu Hacıyevin üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti şəhərin Ramil Sadıqov küçəsində fərdi yaşayış evlərinin birində tapılıb.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

***

Noyabrın 3-də Xaçmaz rayonunda evlərin birində üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan kişi meyiti olması ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan bildirilib ki, hadisə yerinə polis əməkdaşları cəlb olunublar, araşdırma aparılır.

Əlavə məlumat veriləcək.

Poliqon.info