Rus ekspert: Roma Moskva ilə münasibətlərdə biznes diplomatiyasından alver kimi istifadə edir

Roma Moskva ilə münasibətlərdə biznes diplomatiyasından alver vasitəsi kimi istifadə edir, ona görə də İtaliya şirkətləri Rusiya bazarını tərk etməyə tələsmir...

Poliqon xəbər verir ki, bunu Rusiyada İtaliya Sahibkarlar Assosiasiyasının (GIM Unimpresa) prezidenti Vittorio Torrembini deyib.

“Biznesin müzakirəsinə aid olan istənilən dialoq forması siyasətə də aiddir. Uzun müddətdir Rusiyada işləyən və istehsalı olan italyanlar bütün çətinliklərə baxmayaraq, işləməkdə və özlərini yaxşı hiss etməkdə davam edirlə”, deyə ekspert bildirib.

Eyni zamanda o, Moskvanın İtaliya tərəfinə çox isti münasibətinə diqqət çəkib. GIM Unimpresa prezidenti bildirib ki, iki ölkə arasında əməkdaşlıqda münasibətlərin yaxşılaşdırılması üçün bütün mümkün rıçaqlardan istifadə edildiyi nəzərə çarpır.

Eyni zamanda, Torrembini italyan şirkətlərinin Rusiya bazarını tərk etmək istəməməsinə işarə edib:“Rusiya Federasiyasını tərk edən çox az təşkilat var və onların hamısı dövlət statusuna malik olub və ya sanksiya tətbiq olunan sənaye sahələrində çalışıb”.

Buna baxmayaraq, çoxlu sayda italyan müəssisəsi Rusiya bazarında texnologiya və sənaye sahələrində fəaliyyətini davam etdirir. Oxşar vəziyyət maşınqayırma və qida məhsulları sahəsində də müşahidə olunur.

“Təbii ki, Rusiyaya gəlmək istəyən şirkətlər var. Amma onlar çox diqqətli davranırlar, çünki bank-maliyyə sistemindən qarşımıza çıxan maneələr çox ciddidir”, deyə ekspert əlavə edib.

Torrembini biznes diplomatiyasını İtaliyanın tarixi kozrı adlandırıb. Onun fikrincə, respublikanın hakimiyyət orqanları ondan beynəlxalq arenada istifadə etməyə davam etməlidir.

Poliqon.info