İnsanlıq fəlakətin qapısında: 2100-cü ilə qədər insan sivilizasiyası yox ola bilər...

15 min alim xəbərdarlıq edib ki, 2100-cü ilə qədər insan sivilizasiyası çökə bilər...

Poliqon xəbər verir ki, bu barədə “BioScience” jurnalnda 161 ölkədən olan 15 min alimin imzası ilə iqlim dəyişikliyinin yaradacağı fəlakətlə bağlı məqalə dərc edilib. Məqalədə qeyd edilir ki, 2100-cü ilə qədər Yer kürəsindəki iqlim şəraiti insan həyatı üçün demək olar ki, uyğun olmayacaq və əsas resurslar, su və qida tükənəcək.

Alimlər bildiriblər ki, 2023-cü il qırılan iqlim rekordlarının sayına görə unikal olub və qeyd ediblər ki, bu göstəricilərin hamısının mənfi olması onları çox narahat edir.

“Ötən illərdə ortaya çıxan iqlim dəyişikliyi meylləri bəşəriyyət üçün yaxşı heç nə vəd etməyən yeni normallara çevrilir. Xüsusilə, biz meşə yanğınlarının güclənməsini, dözülməz isti dövrlərinin artması, ümumi quraqlıq və adi su mənbələrinin məhv olmasını gözləməliyik”, deyə alimlər bildiriblər.

Hesabatda vurğulanır ki, təbii sistemlərin deqradasiyasından sonra tənəzzül sosial-iqtisadi sferaya da keçəcək. Çünki bəşəriyyət çoxdan planetin verə biləcəyindən daha çox istehlak etməyə başlayıb. Ona görə də resurs çatışmazlığı yalnız vaxt məsələsidir.

Alimlərə görə həyat, o cümlədən insanlar yox olmayacaq. Canlı varlıqlar yalnız çox dəyişəcək, yeni şəraitə uyğunlaşacaq, bu da başqa şeylər arasında sivilizasiyanın itirilməsinə gətirib çıxara bilər.

Antropoqen amilin iqlimə təsirini azaltmaq cəhdləri fəlakətin baş verməsini gecikdirə və ya mənfi nəticələrin aradan qaldırılması üçün insanlara yeni texnologiyalar və biliklər verə bilər. Lakin bütün dünya alimləri nəticəni hələ də son dərəcə tutqun şəkildə qiymətləndirirlər.

Poliqon.info