Tarixdə ilk dəfə qadın ABŞ Hərbi Dəniz Qüvvələrinə komandalıq edəcək

Senat admiral Liza Françettini ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanı olaraq təsdiqləyib...

Tarixdə ilk dəfə olaraq qadın ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbəri olub.

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, Senat admiral Liza Françettini bu vəzifədə təsdiqləyib. Bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostinin bəyanat yayıb.

“Mən Senatın admiral Liza Françettini Hərbi Dəniz Qüvvələriinin rəisi vəzifəsinə təsdiq etməsindən məmnunam”, deyə Pentaqon rəhbəri deyib bildirib. Müdafiə naziri bildirib ki, Liza Françetti həmçinin Birləşmiş Qərargah Rəisləri arasında ilk qadın olacaq.

Xatırladaq ki, iyul ayında Amerika prezidenti Co Bayden Françettini Hərbi Dəniz Qüvvələrinə rəhbərlik etməyə namizəd göstərib. O, tarixdə ABŞ Hərbi Dəniz Qüvvələrində dördulduzlu admiral rütbəsinə çatan ikinci qadındır.

Poliqon.info