Blinken: "ABŞ İsraillə danışıqlar aparacaq"

ABŞ İsraillə Qəzza zolağında dinc fələstinlilər arasında ölümün minimuma endirilməsi istiqamətində müzakirə aparacaq...

APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonda jurnalistlərə bildirib.

"Biz Qəzzada mülki insanlar arasında ölüm hallarını minimuma endirmək üçün İsraillə atacağımız konkret addımları müzakirə edəcəyik. Biz buna hər zaman sadiq qalmışıq. İndi hansısa bir təfərrüatdan danışmaq istəməzdim. Ancaq bu məsələ gündəmdədir", - deyə dövlət katibi bildirib.

Xatırladaq ki, Entoni Blinkenin İsrailə, Hindistana, İordaniyaya, Koreyaya və Yaponiyaya səfəri başlayır.

O, Təl-əvivdə vətəndaşlarının təhlükəsizliyini təmin etmək, girovları azad etmək və Qəzza zolağına humanitar yardım tədarükünü artırmaq səylərini müzakirə etmək niyyətindədir.

Poliqon.info