Bəhreyn İsraillə iqtisadi əlaqələrini kəsib, səfirini geri çağırıb

Qəzza zolağında baş verənlər fonunda Bəhreyn səfirini İsraildən geri çağırıb...

APA xəbər verir ki, bu barədə Bəhreyn parlamenti bəyanat yayıb.

Eyni zamanda, Bəhreyn İsraillə iqtisadi münasibətlərini dayandırıb.

Bundan əlavə, İsrail səfirinin də Bəhreynin paytaxtı Manamadan öz ölkəsinə yola düşdüyü bildirilir.

Qeyd edək ki, ötən gün İordaniya İsraildəki səfirini geri çağırıb.

Poliqon.info