ABŞ-də ilk dəfə müsəlmanlarla bağlı strategiya hazırlanacaq
ABŞ Prezidenti Co Baydenin administrasiyası ölkə tarixində ilk dəfə islamofobiya ilə mübarizə üçün milli strategiya hazırlayacaq...
Bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.
“Biz islamofobiya və nifrətin bütün formalarına qarşı mübarizə aparacaq strategiya hazırlamaq üçün icma liderləri, vəkillər, konqres üzvləri və başqaları ilə işimizi davam etdirməyi səbirsizliklə gözləyirik”, - deyə Jan-Pyer bildirib.
Xatırladaq ki, oktyabrın ortalarında İllinoys ştatında 71 yaşlı kişi müsəlmanlara nifrət zəminində altı yaşlı uşağı və müsəlman qadını bir neçə dəfə bıçaqlayıb.O, nifrət cinayətində ittiham olunub.
Poliqon.info