Tələbələr Hillari Klintonun mühazirəsini tərk ediblər

Kolumbiya Universitetinin tələbələri ABŞ-ın keçmiş Dövlət Katibi Hillari Klintonun mühazirəsini tərk edərək tələbələrin antisemitizm ittihamlarına etiraz ediblər...

Poliqon xəbər verir ki, bu barədə New York Times qəzeti məlumat yayıb.

Qeyd edilir ki, universitet şəhərciyinin yaxınlığındakı geniş ekranlarda “Kolumbiya Universitetinin aparıcı antisemitləri” başlığı ilə tələbələrin şəkilləri yerləşdirilirib. Fotolar tələbələrin “ekstremist İsrail hökumətinin” Yaxın Şərqdəki münaqişəyə görə məsuliyyət daşıdığını bildirən bəyanat imzaladıqdan sonra ortaya çıxıb.

Nəşrin məlumatına görə, Klinton mühazirə oxuyarkən binanın foyesində etiraz aksiyası keçirilirmiş. Tələbələr zərər çəkmişlərə təcili hüquqi dəstək tələb etmək üçün leksiyanı tərk ediblər. Ümumilikdə 30-a yaxın tələbə Klintonun mühazirəsini tərk edərək aksiyaya qoşulub.

Poliqon.info