Rusiya ordusundan nə qədər hərbiçi fərarilik edib?

Ukrayna 17 min rus işğalçısını bir güllə belə atmadan döyüş meydanından çıxarıb...

Poliqon Business Insider nəşrinə istinadən xəbər verirki, bunu ABŞ xüsusi təyinatlı qüvvələrinin komandanı, general-leytenant Conatan Braqa bildirib. General qeyd edib ki, Ukraynanın apardığı düzgün informasiya müharibəsi minlərlə rus hərbçisini fərariliyə məcbur edib

General döyüş meydanından qaçan rus hərbiçilərinin sayını 17 min nəfər olaraq göstərib:

“Bu 17 min əsgər döyüş meydanında partladılacaq və ya məhv ediləckdi, lakin Ukraynanın buna ehtiyac qalmadı. Fərəariliyin bu səviyyədə yüksək olması rus qoşunlarının müdafiə mexanizmlərini zəiflətdi”, deyə Braqa bildirib.

Amerika generalı Ukraynanın informasiya sahəsində xüsusi əməliyyatlarını yüksək qiymətləndirərək qeyd edib ki, taktiki səviyyədə düşmənin mənəvi-psixoloji vəziyyətinin və bölmələrin ümumi döyüş qabiliyyətinin sarsıdılması hərbi fəaliyyətin tərkib hissəsidir.

Poliqon.info