Lazımsız görünən Amerika...

ABŞ-ın öz hüdudlarının kənarında, Ukraynada və Yaxın Şərqdə münaqişələrlə üzləşdiyindən, Tayvanla potensial eskalasiya Co Baydenin prezidentliyini məhv edə bilər...

Poliqon xəbər verir ki, bu barədə Böyük Britaniyanın The Times qəzeti yazıb. Nəşrin qeyd edir ki, HƏMAS-ın İsrailə hücumu Amerika diplomatiyası üçün “tələ” olub və İranın altı milyard dollarlıq aktivlərinin dondurulması qərarı hələ də Vaşinqtonun müttəfiqlərini narahat edir.

“Görünür, HƏMAS-ın nəzərində ABŞ prezidenti tam axmaq kimi görünür”, deyə məqalədə vurğulanır.

Məqalə müəlliflərinin fikrincə, “qismən” problemlə üzləşən Amerika super dövlət kimi artıq “imkanlarının sərhəddində” fəaliyyət göstərir. Çünki dünyada vəziyyət xeyli mürəkkəbləşib və Amerika Birləşmiş Ştatlarının rolu getdikcə daha çox sınaqdan keçirilir.

Ağ Ev Baydenin oktyabrın ortalarında İsrailə səfərinin onun liderliyinin təsdiqi olacağına ümid edirdi. Lakin Qəzzada xəstəxanaya edilən hücum səbəbindən Baydenin İordaniya, Misir və Fələstin liderlərinin iştirakı ilə keçiriləcək zirvə ləğv edildi. “Və birdən Amerika tamamilə lazımsız görünməyə başladı”, deyə The Times-dakı məqalənin müəllifləri öz fikirlərini yekunlaşdırıb.

Poliqon.info