Gələn il ali məktəblərə 76,7 milyon manat subsidiya veriləcək

Ali təhsil müəssisələrin xərclərinin müəyyən hissəsinin qarşılanması üçün 2024-cü ilin dövlət büdcəsindən onlara 76,7 milyon manat məbləğində maliyyə yardımı (subsidiya) nəzərdə tutulub...

APA-nın xəbərinə görə, bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb.

Qeyd olunub ki, bu, cari illə müqayisədə 2,9 milyon manat və ya 3,8 faiz çoxdur.

Poliqon.info