Azərbaycanda yerli istehsalla bağlı bir sıra məhsullar gömrük rüsumundan azad olunur

Gələn ildən yerli istehsalla bağlı bir sıra xammal və aralıq məhsullar gömrük rüsumundan azad olunacaq...

APA-Economics" xəbər verir ki, bu barədə barədə Maliyyə Nazirliyinin açıqladığı 2024-cü ilin icmal və dövlət büdcəsinin layihəsində bildirilib."Daxili istehsalda istifadə olunan və yerli istehsalı mövcud və ya səmərəli olmayan bir sıra xammal və aralıq malların idxalına tətbiq edilən gömrük rüsumlarının 2024-cü il yanvarın 1-dən 7 il müddətində dayandırılması, bir sıra əsas vəsaitlərin idxalında ƏDV-dən azadommanın tətbiqi nəzərdə tutulub"- layihədə qeyd edilib.

Poliqon.info