Ədliyyə naziri Məhkəmə-Hüquq Şurasının üzvlüyündən xaric edilib

Azərbaycanın ədliyyə naziri Məhkəmə-Hüquq Şurasının üzvlüyündən xaric edilib.

President.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.

Qeyd olunur ki, “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 905-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 16.20-ci bəndi ləğv edilir.

Həmin bənddə qeyd olunurdu ki, ədliyyə naziri Məhkəmə-Hüquq Şurasının üzvü olmaqla onun işində iştirak edir.

Poliqon.info