Rektor Qarabağda UNEC-in filialının yaradılmasını təklif edir

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə təkcə Azərbaycan tarixində deyil, bütün Türk Dünyası tarixində böyük Zəfərə imza atıldı. Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ 30 illik Ermənistan işğalından azad edildi.

Bu barədə APA-ya UNEC-dən bildirilib.

“Biz UNEC olaraq, işğaldan azad olunmuş ərazilərin cənnətə çevrilməsinin reallaşdırlmasına və Qarabağın bərpasına töhfə vermək məqsədilə Qarabağda UNEC-in filialının açılmasını təklif edirik. Hazırda UNEC-in Zaqatalada, eyni zamanda Rusiya Federasiyasının Dərbənd şəhərində filialları fəaliyyət göstərir. Filialların yaradılması və idarəedilməsi ilə bağlı UNEC-in zəngin təcrübəsi və uğurlu təhsil modeli var. Bu təcrübəni nəzərə alaraq, UNEC Qarabağda filialının yaradılması istiqamətində zəruri tədbirləri həyata keçirməyə hazırdır”, - məlumatda deyilir.

Poliqon.info