Qəzzadan məhdud təxliyyə ola bilər...

Qətər Misir, Həmas və İsraillə Qəzzadan məhdud təxliyə ilə bağlı razılığa gəlib...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi mənbələrə istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, Qətər Misir, İsrail və HƏMAS arasında ABŞ-la koordinasiyalı olaraq əldə olunan razılaşma xarici pasport sahiblərinə və bəzi ağır yaralılara mühasirədə olan Qəzzanı “Rafah” sərhəd-keçid məntəqəsi vasitəsilə tərk etməyə imkan verəcək.

Mənbələrinsözlərinə görə, “Rafah” keçid məntəqəsinin təxliyə üçün açılması üçün qrafik yoxdur. Razılaşma digər məsələlərlə, o cümlədən girovların azad edilməsi və ya humanitar pauza ilə bağlı deyil.

HƏMAS vasitəçilərə bildirib ki, İsrailə hücum zamanı ələ keçirdiyi təxminən 200 əcnəbi girovdan bəzilərini tezliklə azad edəcək. Bunu “Əl-Qəssam Briqadaları”nın silahlı qanadının nümayəndəsi Əbu Ubaidə məhbusların sayını və milliyyətini göstərmədən bildirib.

Poliqon.info