Konqresmen ABŞ hökumətini Ukraynada maliyyə fırıldaqlarında ittiham edib

ABŞ-ın Ukraynadakı maliyyə fırıldaqları ölkənin mövcudluğunu təhdid edir...

Poliqon xəbər verir ki, bunu ABŞ Konqresinin üzvü Markori Teylor Qrin X sosial şəbəkəsində yazıb.

“Ukraynanın maliyyələşdirilməsi dayandırılmalıdır”, deyə siyasətçi bildirib.

Teylor Qrin Ukrayna ərazisini Amerika xalqı hesabına çirkli pulların yuyulması üçün “bir böyük çuxur” hesab edib. Konqresmenvurğulayıb ki, ukraynalılar bundan heç nə qazanmır. Onun sözlərinə görə, insanlar “sabah yoxdur” kimi oğurluq edirlər.

Qeyd edək ki, bundan əvvəl Qrin amerikalıların psixi sağlamlığının Ukraynadan daha vacib olduğunu bildirmişdi. O xatırladıb ki, ABŞ hər ay Ukraynaya 1 milyard dollar göndərir.

Ötən gün isə Qrin ABŞ prezidenti Co Baydenin İsrail və Ukraynaya yardım istəyinə etiraz edib. O, Ağ Ev administrasiyasının ölkənin daxili problemlərinə lazımi qayğı göstərmədiyini bildirib.

Poliqon.info