ABŞ və İsrail Qəzzaya sülhməramlılar göndərməyi düşünürlər

ABŞ və İsrail HƏMAS-ın devrilməsindən sonra Qəzzaya sülhməramlılar göndərməyi planlayır...

ABŞ və İsrail Qəzzanın gələcəyi ilə bağlı plan hazırlamaq çərçivəsində HƏMAS-ın devrilməsindən sonra anklava sülhməramlılar göndərməyi düşünür. Çoxmillətli qüvvəyə Amerika, Britaniya və Fransa qoşunları daxil ola bilər.

Poliqon xəbər verir ki, buu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Qəzzanın gələcəyini müəyyənləşdirmək üçün ikinci variant Misir və İsrail arasında 1979-cu il sülh müqaviləsinə nəzarət edənlərin xətti ilə sülhməramlı qüvvələrin yaradılmasını nəzərdə tutur. Üçüncü variant isə Qəzzanın BMT-nin nəzarətinə verilməsidir.

Söhbətlərin hələ ilkin mərhələdə olduğu və çox şeyin dəyişə biləcəyi qeyd edilir. Bəzi ABŞ rəsmiləri bu cür variantları vaxtından əvvəl və ya mümkünsüz hesab edirlər.

“Hər üç variant ABŞ prezidenti Co Bayden və digər ölkələr, o cümlədən Körfəz ölkələri üçün siyasi risk yaradır”, deyə nəşr yazır.

Mənbənin sözlərinə görə, Bayden hesab edir ki, ABŞ qoşunlarının hətta kiçik bir kontingentini riskə atmaq siyasi baxımdan riskli ola bilər. Digər agentlik mənbəsi əlavə edib ki, ərəb dövlətlərinin bu cür planlarda iştirak etməkdə maraqlı olub-olmayacağı hələ aydın deyil.

Qeyd edək ki, ABŞ Dövlət Katibi Antoni Blinken dünən Konqresdə dinləmələrdə bildirib ki, gələcəkdə Qəzza zolağı üçün ən yaxşı rəhbərlik Fələstin Milli Administrasiyası olacaq. Blinken bildirib ki, belə bir administrasiya nəticədə Qəzzada təhlükəsizliyi öz üzərinə götürəcək. Eyni zamanda, Dövlət Katibi qeyd edib ki, nə HƏMAS, nə də İsrail Qəzza zolağına hökmranlıq etməməlidir.

Poliqon.info