İbrahimoviç baş məşqçi kimi “Milan”a qayıda bilər

“Milan”ın və İsveç millisinin sabiq hücumçusu Zlatan İbrahimoviç İtaliyanın komandasına məşqçi kimi qayıda bilər.

Bu barədə “Corriere della Sera” məlumat yayıb.

İndi İbrahimoviç “Milan”ın sahibi Kerri Kardinalenin təklifini nəzərdən keçirir. İsveçli karyerasını bitirdikdən sonra nə etmək istədiyinə hələ qərar verməyib.

İbrahimoviç 2023-cü ilin yayında karyerasını başa vurub. Onun son klubu İtaliya çempionluğunu qazandığı İtaliyanın “Milan” klubu olub. O, həmçinin Niderland, İspaniya və Fransa çempionu olub.

İsveçli futbolçu “Ayaks”, “Barselona”, “Yuventus”, “İnter”, PSJ, “Mançester Yunayted” və “Los-Anceles Qalaksi” komandalarında çıxışları ilə tanınır. Forvard İsveç millisində 122 oyun keçirib, 62 qol vurub və 25 məhsuldar ötürmə edib. ( oxu.az)

Poliqon.info