Lula da Silva braziliyalı futbolçuları Messidən nümunə götürməyə çağırıb

Braziliya prezidenti Luiz İnasio Lula da Silva argentinalı futbolçu Lionel Messinin braziliyalı futbolçulara nümunə olması gərəkdiyini bildirib...

Poliqon xəbər verir ki, Lula da Silva bu barədə sosial şəbəkədə yazıb.

“Messi braziliyalı oyunçular üçün nümunə olmalıdır. Onun 36 yaşı var, dünya çempionudur, “Qızıl top”u qazanıb və s. Messi uşaqlar üçün ilham olmalıdır”, deyə Lula da Silva qeyd edib.

Qeyd edək ki, oktyabrın 30-da Messi “Qızıl top”u 8-ci dəfə alıb. Mükafatlandırma mərasimi Parisdə “Şatle” teatrında baş tutub.

“Qızıl top”u Messi qədər heç kim qazanmayıb. O, 2009, 2010, 2011, 2012, 2015, 2019, 2021 və 2023-cü illərdə nüfuzlu mükafata layiq görülüb.

Poliqon.info