Ucarda 2 ağırtonnajı avtomobil toqquşub, xəsarət alan var - Foto,Yenilənib

Ucardakı qəzada xəsarət alan sürücünün şəxsiyyəti müəyyən edilib...

APA xəbər verir ki, zərərçəkən 1956-cı ildə anadan olmuş Türkiyə vətəndaşı Şahin İlyas Şevketdir. Ona qarnın küt travması, daxili qanaxma, sağ said sümüklərinin açıq sınığı və üçüncü dərəcəli hemorrogik şok diaqnozu qoyulub.

***

Ucarda 2 ağırtonnajı yük avtomobili toqquşub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Bakı-Qazax magistral yolunun rayonun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Gəncə istiqamətində hərəkətdə olan 2 yük avtomobilinin toqquşması nəticəsində bir nəfər müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, zərərçəkənin vəziyyəti ağır olduğundan hələlik şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Qəza nəticəsində magistral yolda hərəkət qismən məhdudlaşdırılıb. Faktla bağlı araşdırma aparılır.

Poliqon.info