Yəmənin İsrailə müharibə elan etməsi ilə bağlı ziddiyyətli məlumatlar yayılıb - Yenilənib

Yəmənin İsrailə müharibə elan etməsi ilə bağlı ziddiyyətli məlumatlar yayılıb və rəsmi təsdiqini tapmır.

“Report” xəbər verir ki, buna səbəb ölkənin bir hissəsinə İranyönlü husi qiyamçılarının, digər hissəsinə isə hökumət qüvvələrinin nəzarət etməsidir.

Hüsilərin nümayəndələrinin açıqlamları da bir-birinə uyğun gəlmir.

“Al Mayadeen”in məlumatına görə, özlərini Yəmən Ordusu kimi təqdim edən qiyamçıların briqada generalı bin Amir bildirib ki, onlar yaxın saatlarda İsrailin obyetklərinə yeni zərbələr endirməyə hazırdırlar: “Biz və müqavimət oxu fəaliyyətini əlaqələndirir”.

Hüsilərin digər təmsilçisi Yəhya Sariye Anu isə bir qədər əvvəl İsrailə rəsmən müharibə elan etdiklərini açıqlamışdı.

***

Yəmən İsrailə rəsmən müharibə elan edib.

Bunu Yəmən silahlı qüvvələrinin rəsmi nümayəndəsi, briqada generalı Yəhya Sari Anu deyib.

Onun sözlərinə görə, silahlı qüvvələr İsraildəki müxtəlif hədəflərə güclü ballistik və qanadlı raketlər atıb, həmçinin çoxlu sayda pilotsuz təyyarələrlə hücumlar həyata keçirib.

“Biz İsrail təcavüzü dayandırılana qədər raket və pilotsuz təyyarələrdən istifadə edərək daha keyfiyyətli hücumlar həyata keçirməyə davam edəcəyik”. (oxu.az)

Poliqon.info