Anar Quliyev: Qarabağ iqtisadi rayonunda daha 4 şəhərin yeni Baş Planları üzərində iş gedir

Qarabağ iqtisadi rayonunda daha 4 şəhərin yeni Baş Planları üzərində işlər gedir...

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə İstanbulda keçirilən Ümumdünya Məskunlaşma Günü ilə bağlı rəsmi tədbirdə çıxışı zamanı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

O qeyd edib ki, hazırda 7 şəhərin baş planı üzrə işlər davam edir, işğaldan azad edilən ərazilərdə yenidənqurma işləri görülür:

“Qarabağın və Şərqi Zəngəzurun əvvəllər münaqişə nəticəsində işğal edilmiş ərazilərinin azad edilməsi təkcə bizim dözümlülüyümüzün göstəricisi deyil, həm də daha işıqlı sabaha sarsılmaz sadiqliyimizin parlaq bəyanıdır. Şəhərsalma baxımından bizim gündəlik işimiz 10 milyondan çox əhalisi olan Azərbaycanın 79 şəhərini və 4000-dən çox qəsəbə və kəndini əhatə edir. Nisbətən qısa müddət ərzində – cəmi son 15 il ərzində biz artıq 68 şəhər üçün yeni baş planlar hazırlamışıq. Başqa sözlə, şəhərlərimizin demək olar ki, 90%-i üçün artıq yeni müasir Baş Planlar hazırlanıb”.

A. Quliyev, həmçinin onu da xatırladıb ki, Azərbaycan tərəfi Türkiyənin zəlzələdə zərər görən Kahramanmaraş şəhərində yaşayış binaları, məktəb və uşaq bağçasını inşa edəcək.

Poliqon.info