Goranboy sakininin yaşadığı evdə ölməsi faktı üzrə cinayət işi açılıb

Goranboy sakininin ölümü ilə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, oktyabrın 30-da Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbə sakini Səməndər Həsənovun yaşadığı evdə ölməsi faktı üzrə Xocalı Rayon Prokurorluğunda CM-in 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Poliqon.info