Sumqayıtda evə silahlı basqında yaralananların vəziyyəti açıqlandı + Foto
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə Əlaqələr Bölməsindən Oxu.Az-a bildirilib ki, mərkəzin Təcili Tibbi Yardım Xəstəxanasının Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilən 1958-ci il təvəllüdlü Mehman Sarıyevin vəziyyəti stabildir:
“Tibb müəssisəsinin Travmatologiya şöbəsində müalicələri davam etdirilən 1960-cı il təvəllüdlü Tərlan Fərəcovanın və 1990-cı il təvəllüdlü Etibar Sarıyevin də hazırda vəziyyətləri stabil qiymətləndirilir.
Tərlan Fərəcova reanimasiya şöbəsində müalicə alırdı, artıq palataya köçürülüb”.
Qeyd edək ki, oktyabrın 28-də saat 5:50-də Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində silahlı insident baş verib. Hücum edən şəxs 1985-ci il təvəllüdlü Karakaş Suzannanı və onun atası, 1950-ci il təvəllüdlü Dağbəyi Fərəcovu hadisə yerində öldürüb.
Suzannanın həyat yoldaşı, 1985-ci il təvəllüdlü Serkan Karakaş, anası, 1960-cı il təvəllüdlü Tərlan Fərəcova, qonşuları - 1958-ci il təvəllüdlü Mehman Sarıyev və 1990-cı il təvəllüdlü Etibar Sarıyev isə xəstəxanaya yerləşdiriliblər.
Vəziyyəti ağır olan Türkiyə vətəndaşı Serkan Karakaş Bakıdakı özəl tibb müəssisələrindən birinə köçürülüb.
Xatırladaq ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Müşviq Məhəmməd oğlu Tağıyev saxlanılıb.
Poliqon.info