Aİ-nin qaz ehtiyatları ilk dəfə olaraq 99%-i ötüb

Avropa İttifaqında ümumi qaz ehtiyatları 99%-i keçərək yeni tarixi zirvələrə çatmaqda davam edir...

Poliqon xəbər verir ki, Avropaya LNG axını ayın sonunda yenidən rekord səviyyəyə yüksəlməyə başlayıb.

Avropada birjada qazın min kubmetri təxminən 540 dollara satılır. Hazırda “Qazprom” Ukrayna ərazisindən tranzitlə Avropaya 42,4 milyon kubmetr qaz tədarük edir. Bu barədə Ukraynanın “Sudzha” qaz ölçmə stansiyasının (GIS) məlumatında bildirilib.

Ukrayna ərazisindən keçən tranzit xətti “Şimal axını”nın dağıdılmasından sonra Rusiya qazının Qərbi və Mərkəzi Avropa ölkələrinə tədarükü üçün yeganə marşrut olaraq qalır.

Poliqon.info