İsrailin BMT-dəki səfiri Holokostu xatırladan sarı ulduz taxıb

İsrailin BMT-dəki daimi nümayəndəsi sarı ulduz taxıb və HƏMAS yaraqlıları Baş Assambleya tərəfindən pislənməyənə qədər bu sarı ulduzu çıxarmayacağını bildirib...

 

 

İsrailin BMT-dəki səfiri Gilad Erdan özünün və İsrail missiyasının bütün üzvləri sarı ulduz taxıb.

Poliqon xəbər verir ki, bu barədə The Times of Israel qəzetinin məlumatında bildirilir. Bu addım Holokostun başqalarına xatırlatması kimi qəbul edilməlidir.

Qəzet yazır ki, diplomat “bəziləriniz son 80 ildə heç nə öyrənməmisiniz” deyərək qeyd edib ki, “bəziləri” BMT-nin yaradılmasına nə üçün ehtiyac olduğunu da unudublar.

"Ona görə də sizə xatırladacağam. Bu gündən etibarən hər dəfə məni görəndə pislik qarşısında susmağın nə demək olduğunu xatırlayacaqsınız", deyə İsrail nümayəndəsi əlavə edib.

Gilan Erdan vurğulayıb ki, o və komanda üzvləri BMT Təhlükəsizlik Şurası HƏMAS-ın vəhşiliyini pisləyənə qədər sarı ulduzları yığışdırmayacaqlar.

Bundan əvvəl BMT Baş Assambleyası Qəzzada dərhal atəşkəs elan edilməsini tələb edən qətnamə layihəsini qəbul edib. İsrail bu sənədi pisləyib. Təl-Əviv HƏMAS-ı tamamilə məhv etmək niyyətini ortaya qoyub.

Poliqon.info