Rusiya prezidenti: Dağıstandakı hadisələri Qərb kəşfiyyatı Ukraynadan təşkil edib

Rusiya Prezidenti Vladimir Putin Dağıstanda baş verən iğtişaşlara münasibət bildirib...

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya lideri Dağıstanda oktyabrın 29-da baş verən hadisələrdə Ukrayna və Qərbi ittiham edib.

Onun sözlərinə görə, Dağıstanda iğtişaşı törədənlər Qərb kəşfiyyat xidmətləri vasitəsilə Ukraynadan sosial şəbəkələr vasitəsilə ilhamlanıblar.

Putin deyib ki, Kiyev Qərb himayədarlarının rəhbərliyi altında Rusiyada talanlar təşkil etməyə çalışır.

Poliqon.info