Ərəb dövlətləri Qəzzadakı vəziyyətlə bağlı fövqəladə sammit keçirməyə hazırlaşır

Ərəb ölkələri Qəzza zolağındakı vəziyyətlə bağlı fövqəladə sammitə hazırlıq məqsədilə məsləhətləşmələr aparır...

APA xəbər verir ki, bu barədə Ərəb Dövlətləri Liqasının baş katibinin nümayəndəsi Camal Rüşdi “Əl-Qahira əl-Ekhbariya” telekanalına şərhində bildirib.

Qeyd edək ki, oktyabrın 28-də Fələstin prezidenti Mahmud Abbas ərəb liderlərindən “İsrailin Fələstin xalqına qarşı təcavüzünü dayandırmaq” üçün fövqəladə iclas çağırmağı xahiş edib.

Poliqon.info