Azərbaycan Dünya Bankı ilə iqtisadiyyatın 3 sahəsində əməkdaşlığı genişləndirə bilər

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Avropa və Mərkəzi Asiyada İnfrastruktur üzrə regional direktoru Çarlz Kormier, eləcə də Bərabər İnkişaf, Maliyyə və İnstitutlar üzrə regional direktoru Əsəd Ələmlə infrastruktur, rəqəmsal inkişaf, energetika sahələrində əməkdaşlığın perspektivlərini müzakirə edib.

Poliqon.info-nun nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə Dünya Bankının dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr də müzakirə mövzusu olub.

Görüşdə Mikayıl Cabbarov Dünya Bankı ilə əməkdaşlığa böyük önəm verildiyini, əlaqələrin çoxşaxəliliyini qeyd edib, Bank ilə investisiya mühitinin təkmilləşdirilməsi, dövlət-özəl sektor tərəfdaşlığı, özəl sektorun diaqnostikası, innovasiyalar, idarəetmə texnologiyalarının inkişafı, kiçik və orta sahibkarlığın dəstəklənməsi və digər sahələr üzrə uğurlu əməkdaşlığı vurğulayıb.

Çarlz Kormier Bankın strateji inkişaf məqsədlərinə nail olunması istiqamətində Azərbaycan hökuməti ilə sıx əməkdaşlıqda maraqlı olduğunu bildirib, Bank tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan layihələr barədə fikirlərini bölüşüb.

***

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Avropa və Mərkəzi Asiyada İnfrastruktur üzrə regional direktoru Çarlz Kormiyer, Bərabər İnkişaf, Maliyyə və İnstitutlar üzrə regional direktoru Əsəd Ələm ilə görüşərək bir neçə sahədə əməkdaşlıq perspektivlərini müzakirə edib.

Poliqon.info xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Görüşdə Bankın dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr və infrastruktur, rəqəmsal inkişaf, energetika sahələrində əməkdaşlığın perspektivləri barədə müzakirələr apardıq", - deyə o qeyd edib.

Poliqon.info