Ceyhun Bayramov BƏƏ-li həmkarı ilə regiondakı vəziyyəti müzakirə edib - Yenilənib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Nahyanla görüşüb...

Bu barədə Poliqon- Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələləri və regiondakı vəziyyəti müzakirə ediblər.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərinə rəsmi səfərə yola düşüb.

Poliqon xəbər verir ki, bu barədə Xarici işlər Nazirliyi məlumat yayıb.

BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyanın dəvəti əsasında baş tutan səfər çərçivəsində yüksək səviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Poliqon.info