Dağıstanda "Telegram"a giriş məhdudlaşdırılıb

Rusiya hakimiyyəti dünənki antisemit iğtişaşların baş verdiyi regionda "Telegram"-a girişi məhdudlaşdırıb...

APA-nın Rusiya bürosu xəbər verir ki, Rusiya Federasiyasının cənubunda "Telegram"-a girişlə bağlı problemlər barədə məlumatlar bazar günündən bazar ertəsinə keçən gecə yayılıb.

"Roskomnadzor"un Baş Radiotezlik Mərkəzinin “Problemlərin monitorinqi” xidmətinin məlumatına görə, bazar ertəsi səhərə qədər Rostov-na-Don, Krasnodar, Pyatiqorsk, Volqoqrad və Nalçikdə "Telegram" işləməyib.

Ölkənin cənubunda "Telegram"a çıxışla bağlı problemlər barədə məlumatlar Brand analitik şirkətinin nasazlıqların monitorinqi xidməti tərəfindən də təsdiqlənib.

İnformasiya texnologiyaları üzrə ekspertlər Rusiya hakimiyyətinin əvvəllər elan etdikləri texniki bloklama imkanlarından istifadə etdikərini və "Roskomnadzor"un həqiqətən də sosial şəbəkələrə və messencerlərə girişi əngəlləmək iqtidarında olduğunu bildirirlər.

Poliqon.info