İsrail ordusunun Qəzza zolağındakı döyüşlərdəki taktikası açıqlanıb

İDF HƏMAS üzərində atəş gücü üstünlüyündən istifadə edir və itkiləri minimuma endirir...

İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağına hücumunun məhdud miqyası orduya İslami Müqavimət Hərəkatı (HƏMAS) üzərindəki atəş gücü üstünlüyündən istifadə etməyə imkan verir.

Poliqon xəbər verir ki, bu barədə Financial Times-a indiki və keçmiş hərbiçilərə istinadən məlumat yayıb. Nəşrin həmsöhbətlərinin fikrincə, əməliyyatın gözləniləndən daha kiçik miqyası İsrailə öz itkilərini minimuma endirməyə və digər düşmənləri münaqişəyə cəlb etməməyə imkan verir.

Qəzetin mənbələrindən birinin dediyinə görə, bu cür taktikalar həm də Qəzza zolağının şimalındakı bəzi çətin əldə edilə bilən ərazilərə hücum edərkən quru qoşunlarının havadan müdafiə ilə təmin olunmasını asanlaşdırır.

Öz növbəsində, İsrail Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Eyal Xulata qeyd edib ki, İsrail qoşunları yavaş, lakin daimi hərəkətdədir. Qərb diplomatı əlavə edib ki, İDF qüvvələrinin hücumunun miqyasının tədricən artırılması Livan “Hizbullah” hərəkatının münaqişəyə qoşulma ehtimalını azaltmaq məqsədi daşıyır.

Poliqon.info