Sabiq Baş katib: Ermənistanın gələcəyini KTMT-siz mümkün deyil...

KTMT-nin keçmiş Baş katibi Nikolay Bordyuja Ermənistanın gələcəyini KTMT-siz təsəvvür edə bilmir...

Poliqon Belarusun STV telekanalına istinadən xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş Baş katibi Nikolay Bordyuja “Ermənistanın gələcəyini KTMT olmadan imkansız olduğunu bildirib.

“Mən Ermənistanın gələcəyini KTMT olmadan təsəvvür edə bilmirəm. Mən sadəcə təsəvvür edə bilmirəm. Çünki Ermənistan Rusiya ilə güclü inteqrasiya olunub, nəinki iqtisadi cəhətdən. Axı Rusiyada çoxlu sayda, bir neçə milyon erməni yaşayır. Onların tarixi vətənləri ilə əlaqələri var. Ermənistanda bir çox siyasi qüvvələrlə çox yaxşı münasibətlərimiz var. Buna görə də, mənim fikrimcə, bunlar müvəqqəti hadisələrdir, lakin istənilən halda Ermənistan Rusiya ilə də, Belarusla da, KTMT ilə də olacaq”, deyə Bordyuja Belarusun STV telekanalına müsahibəsində qeyd edib.

Qeyd edək ki, rəsmi İrəvan dəfələrlə Ermənistan KTMT və ya Aİİ-dən çıxmaq niyyətində olmadığını bəyan etsə də, son zamanlar Ermənistanın Baş naziri bu təşkilatların fəaliyyətini faktiki olaraq boykot edir.

Poliqon.info