Kamala Harris: Qəzzaya qoşun göndərmək planımız yoxdur

ABŞ İsrail və ya Qəzza zolağına qoşun yeritmək niyyətində deyil...

Poliqon xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Kamala Harris CBS News telekanalına müsahibəsində bildirib.

Vitse-prezident ölkəsinin silahlı qüvvələrinin Yaxın Şərqdəki münaqişəyə cəlb olunması ehtimalını şərh edib:

“Bizim İsrailə və ya Qəzza zolağına qoşun göndərməklə bağlı heç bir niyyətimiz və ya planımız yoxdur”.

Harris Co Bayden administrasiyasının mövqeyini xatırladıb. Bildirib ki, İsrailin özünü müdafiə etmək hüququ var, lakin Qəzza zolağındakı mülki şəxslər də təhlükəsizliyə zəmanət verilməlidir. Harris qeyd edib ki, HƏMAS və anklavın mülki əhalisi arasında fərq qoyulmalıdır.

“Və biz açıq şəkildə bildirdik ki, müharibə qaydalarına riayət edilməlidir və Qəzzaya humanitar yardım daxil olmalıdır”, deyə ABŞ-ın vitse-prezidenti bildirib.

Qeyd edək ki, ABŞ-ın İsrailin əməliyyatı ərəfəsində Yaxın Şərq ölkələrinə onlarla hava hücumundan müdafiə sistemi yerləşdirəcəyi deyilir. Bir neçə belə sistemin İordaniya, Suriya, İraq və Səudiyyə Ərəbistanında quraşdırılacağı bildirilir. Pentaqon ABŞ-ın Terminal High Altitude Area Defense (THAAD) raket əleyhinə müdafiə sisteminin batareyasını və əlavə “Patriot” zenit-raket komplekslərinin (SAM) batalyonlarını bölgəyə göndərəcək.

Poliqon.info