Yeni spiker Ukrayna üçün nəyi dəyişə bilər?

Poliqtoloq hesab edir ki, ABŞ-ın Ukraynaya yardımı davam edəcək...
“ABŞ Konqresinin Nümayəndələr Palatasına yeni spikerin gəlişindən sonra Ukraynaya maliyyə yardımı ilə bağlı fundamental məqamlar dəyişməyəcək. Yalnız prosessual fəsadlar yarana bilər”.

Poliqon xəbər verir ki, bunu politoloq Andriy Piontkovski “Espresso” nəşrinə deyib.

“ABŞ Nümayəndələr Palatasının spikerinin rolunu şişirtməyək. Bu, prosessual məsələlərdə vacibdir. O, prosesi gecikdirə bilər, amma Ukraynaya maliyyə yardımı ilə bağlı fundamental şeyləri dəyişməyəcək. Nümayəndələr Palatası üzvlərinin 3/4-ü bunun lehinədir. Bütün Demokratlar - 100% və Respublikaçıların ən azı yarısı...”, deyə politoloq bildirib.

Onun sözlərinə görə, prosessual problemlər ola bilər, amma yenə də Ukraynaya yardım davam edəcək.

“İkinci şərt isə odur ki, prezident Bayden bu yardımın dəqiq məqsədini müəyyənləşdirməlidir. İnanıram ki, bu, Bayden gecikməyəcək. Üstəlik, o, tarixi çıxışında bildirib ki, Ukraynaya rus təcavüzkarları bütün ərazisindən çıxara bilməsi üçün yardım göstərilir”, deyə Piontkovski qeyd edib.

Qeyd edək ki, Respublikaçı Mayk Conson ABŞ Nümayəndələr Palatasının yeni spikeri seçilib. Prezident Co Bayden Mayk Consonu Ukrayna üçün əlavə maliyyənin ayrılmasını asanlaşdırmağa çağırıb. Eyni zamanda, yeni spiker Ukraynaya ayrılan vəsaitlərə nəzarətin gücləndirilməsinin tərəfdarı olduğunu deyib. O, həmçinin bəyan edib ki, Nümayəndələr Palatası Ukrayna və İsrailə yardım məsələsinə gözlənildiyi kimi birlikdə deyil, ayrı-ayrılıqda baxacaq.

Poliqon.info