Dağıstan hakimiyyəti bütün bölgədə təhlükəsizlik tədbirlərini gücləndirib

Mahaçqalada baş verən iğtişaşlardan sonra yerli hakimiyyət orqanları təhlükəsizlik tədbirlərini ən üst səviyəyə qaldırırlar...

Dağıstanın bütün şəhər və rayonlarında təhlükəsizlik tədbirləri gücləndirilib.

Poliqon xəbər verir ki, müvafiq məlumatı Dağıstan Respublikası hökumətinin mətbuat xidməti yayıb. Məlumatda qeyd edilir ki, yaxın günlərdə oktyabrın 29-da böyük iğtişaşların baş verdiyi Mahaçqala hava limanı fəaliyyətini bərpa edəcək.

Qeyd olunur ki, Dağıstanın rəhbəri Sergey Melikov vəziyyəti şəxsi nəzarətinə götürüb. Dağıstan Təhlükəsizlik Şurasının katibi Əbdülmüslim Əbdülmüslimov da respublika gənclərini öz mövqelərini konstruktiv şəkildə ifadə etməyə çağırıb. Rəsmi vurğulayıb ki, bu cür etirazlar regionda asayişi pozmamalıdır.

Həmçinin Dağıstan Respublikası hökumətinin mətbuat xidməti Mahaçqala hava limanında baş verən insidentə hüquqi qiymət veriləcəyini qeyd edib. Hadisə nəticəsində xəsarət alanların hamısına lazımi köməklik göstərilir.

Qeyd edək ki, Mahaçqalada iğtişaşlar oktyabrın 29-da baş verib. Təl-Əvivdən uçan təyyarənin gəlməsi ərəfəsində yerli sakinlərdən ibarət izdiham hava limanına daxil olub. Nümayişçilər hava limanında yəhudiləri və israilliləri axtarıblar. Polislə toqquşmalarda 20-dən çox adam yaralanıb.

Poliqon.info