Melikov: Mahaçqala hava limanında iğtişaşlar zamanı iki polis yaralanıb

Mahaçqala hava limanında iğtişaşlar zamanı iki polis əməkdaşı xəsarət alıb...

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, bunu Dağıstanın rəhbəri Sergey Melikov deyib. Dağıstan başçısının sözlərinə görə, onlar hava limanının qadağan olunmuş ərazilərini bağlayarkən xəsarət alıblar.

Qeyd edək ki, Dağısta Respublikasının Səhiyyə Nazirliyi bundan əvvəl hava limanında həm təhlükəsizlik qüvvələri, həm də mülki şəxslər də daxil olmaqla iyirmidən çox adamın xəsarət aldığını bildirmişdi. Yaralılardan ikisinin vəziyyəti çox ağırdır. Ümumilikdə on nəfər xəstəxanaya çatdırılıb, eyni sayda insan tibbi yardıma müraciət edib, lakin onların xəstəxanaya yerləşdirmə tələb olunmayıb.

Xatırladaq ki, Mahaçqala hava limanında qarşıdurma və iğtişaşlar oktyabrın 29-da axşam saatlarında nümayişçilərin “yəhudiləri aşkar etmək” niyyəti ilə Mahaçqala hava limanına hücumu ilə başlayıb.

Təhlükəsizlik qüvvələri Mahaçqala hava limanında əlavə qüvvələr gətirsə də, izdiham bir müddət hava limanında nəzarəti ələ keçirib və məcburi yoxlamalar aparılıb. Nümayişçilər Qəzza zolağının vəhşicəsinə atəşə tutulması səbəbindən İsraildən olan qaçqınları respublikaya buraxmayacaqlarını bəyan ediblər.

Poliqon.info