Bakıda Türkiyə Cümhuriyyətinin elan edilməsinin 100 ili münasibətilə rəsmi ziyafət verilib - Yenilənib

Oktyabrın 29-da Bakıda Heydər Əliyev Mərkəzində Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.

"Report" xəbər verir ki, tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Milli Məclis sədrinin müavinləri və parlamentin deputatları, dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

***

Türkiyə Cümhuriyyətinin elan edilməsinin 100 ili münasibətilə rəsmi ziyafət verilir.

Report-un xəbərinə görə, tədbir Türkiyənin Bakıdakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Ziyafətdə diplomatik korpusun nümayəndələri, siyasətçilər, ictimai xadimlər, Milli Məclisin sədri Sahibə Qafarova, Qafqaz Müsəlman İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, QHT nümayəndələri, hərbi atteşelər, Milli Məclisin deputatları, media nümayəndələri və digər rəsmilər iştirak edirlər.

##galery##

Poliqon.info