İsrail Qəzza zolağına yardım həcmini artırmağı planlaşdırır

İsrail yaxın günlərdə Misir ərazisindən Qəzza zolağına axan yardımın həcmini əhəmiyyətli dərəcədə artırmağa hazırlaşır...

“Report”un “The Jerusalem Post”a istinadən verdiyi xəbərə görə, bunu Müdafiə Nazirliyi yanında İsrail hökumətinin Fələstin ərazilərindəki fəaliyyətinin əlaqələndirilməsi idarəsinin nümayəndəsi polkovnik Elad Qoren deyib.

“Biz gələn həftə yardımın həcmini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırırıq”, - Qoren bildirib.

Qoren həmçinin Qəzza zolağının sakinlərini mülki insanlar üçün təhlükəsiz zonanın olduğu anklavın cənubundakı Xan-Yunis şəhəri ərazisinə keçməyə çağırıb.

Poliqon.info