Jurnalistdən "Azərlotoreya"ya ismarıc: "İşçilər qalıb bir kənarda, aylıq alan media nümayəndələri düşüb ortaya"

Jurnalist Elnurə Abuşova sosial media hesabında paylaşım edib...

"Mənim "Azərlotoreya"da işləyən işçilərlə xoş münasibətim var. 2 dəfə də tədbirlərinə dəvət alıb getmişəm. İş gəldi-gedərdi, münasibət qalıcı. Ağıllı adamlar işə görə münasibəti korlamır. Nöqsan, şikayət varsa, onu işıqlandırmaq mənim peşə borcumdu".

Mia.az xəbər verir ki, bu sözləri jurnalist Elnurə Abuşova sosial media hesabında yazıb.

O bildirib ki, "Azərlotoreya"barədə poblemi qabardıb: "Vətəndaşın udduğu 865 manatı bəhanə gətirib vermirlər. Bir-iki qurum və ekspertlərin sorğuya cavabını gözləyirəm geniş yazım. İşçilər qalıb bir kənarda, onlardan aylıq alan media nümayəndələri düşüb ortaya. Papadan artıq katolik olublar. Siz pulu reklam və press reliz yayımı üçün alırsız. Daha əlinizə qalxan götürüb trolluq etməyə yox...".

Jurnalistin bu postina isə xeyli jurnalist sərt tənqidlər yazıb.

Onlardan bəzilərini də aşağıda təqdim edirik:

Poliqon.info