Oğuzda 36 yaşlı kişini döyən şəxs saxlanılıb - Yenilənib

Oğuzda 36 yaşlı kişini döyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, zərərçəkmişin xəsarətlərinin dərəcəsinin müəyyən olunması məqsədilə məhkəmə-tibbi ekspertiza təyin olunub:

“Nicat Abbasova xəsarət yetirən şəxsin kimliyi müəyyən olunub.

Faktla bağlı təhqiqat araşdırmaları aparılır”.

***

Oğuzda 36 yaşlı kişi döyülüb.

APA-nın məlumatına görə, oktyabrın 27-dən 28-nə keçən gecə 1987-ci il təvəllüdlü Tərtər rayon sakini Nicat Yaşar oğlu Abbasov bədənin küt travmaları ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub. Oğuz RMX-də N.Abbasova ilkin yardım göstərildikdən sonra müayinəsini davam etdirmək üçün Şəki RMX-yə göndərilib.

N.Abbasova hansı şəraitdə və kim tərəfindən xəsarət yetirilməsi Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırılır.

Poliqon.info