ABŞ SEPAH-ın Suriyadakı bazalarını vurub

HƏMAS və İsrail arasında münaqişənin genişlənməsi və onun genişmiqyaslı regional müharibəyə çevrilməsi ilə bağlı narahatlıqların artdığı bir vaxtda, ABŞ Hərbi Hava Qüvvələri SEPAH və onun proksi qüvvələrinin Suriyada istifadə etdiyi iki kompleksi “F-16” qırıcıları ilə vurub...

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Verilən məlumata görə, bu hücum ötən həftə İranın dəstəklədiyi proksi qüvvələrin Suriyada yerləşən ABŞ qüvvələrinə qarşı edilən hücumlarının cavabı idi.

Qeyd edək ki, ABŞ-nin Müdafiə Nazirliyi İrana bağlı qüvvələrin hücumlarının davam edəcəyi halda əlavə tədbirlər görəcəyi ilə əlaqədar xəbərdarlıq edib.

Poliqon.info