Paşinyan Macarıstan XİN rəhbəri ilə əməkdaşlığı müzakirə edib

Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda işgüzar səfərdə olan Macarıstanın xarici işlər naziri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib...

APA "armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin Ofisi məlumat yayıb.

Görüşdə iki ölkə arasında iqtisadiyyat, təhsil, mədəniyyət, aviasiya və digər sahələrdə əməkdaşlığın təşviqinə yönəlmiş addımlar atıldığı qeyd olunub.

Peter Siyarto ikitərəfli münasibətlərdə müsbət dinamikanın olduğunu, Ermənistan və Macarıstan arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. O əlavə edib ki, Macarıstan hökuməti İrəvanda konsulluq açmaq niyyətindədir ki, bu da Ermənistan-Macarıstan əlaqələrinin genişlənməsinə töhfə verəcək.

Görüş zamanı Ermənistan-Avropa İttifaqı münasibətləri, eləcə də regional əməkdaşlıqla bağlı digər məsələlər müzakirə edilib.

Poliqon.info