Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirə keçirib

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirə keçirib...

APA-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, müşavirənin gündəliyində Rusiya Federasiyası ərazisində silah dövriyyəsi ilə bağlı məsələlər olub.

Putin bildirib ki, Ukrayna ərazisindən Rusiyaya qanunsuz silahlar daxil olur.

Rusiya Prezidenti silah dövriyyəsi sahəsində əlavə tədbirlərin işlənib hazırlanmasını tapşırıb.

Poliqon.info