BQXK Qəzzaya humanitar yardım və tibbi heyət göndərib

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Qəzzaya humanitar yardım göndərib...

APA xəbər verir ki, bu barədə BQXK-nın "X" hesabında məlumat verilib.

"Karvanımız Rəfah keçid məntəqəsindən keçərək Qəzzaya girib.Biz təcili humanitar yardım daşıyan 6 yük maşını ilə yanaşı, hərbi cərrahiyə qrupu da daxil olmaqla, tibbi personal göndəririk", - BQXK bildirib.

Qeyd olunub ki, Qəzzaya tibbi materiallar, 5000 nəfərə qədər şəxs üçün nəzərdə tutulan hərbi cərrahiyə alətləri və 50 min litr içməli su üçün sutəmizləmə qurğusu göndərilib.

Poliqon.info