Maya Sandu Rusiyanı ittiham etdi, separatçı rejimdən qurtulmağa çağırdı

Moskva uzun illərdir Dnestryanı ərazisində tanınmamış respublikanın Moldovaya reinteqrasiyasına mane olan separatçı rejimi dəstəkləyib və dəstəkləməkdə davam edir...

Poliqon “NewsMaker” nəşrinə istinadən xəbər verir ki, bunu Moldova prezidenti Maya Sandu deyib. Moldova prezidenti bu rejimdən qurtulmağın lazım olduğunu vurğulayıb.

Dövlət başçısının sözlərinə görə, reinteqrasiya baş verməlidir, amma indi əsas vəzifə ölkənin müharibəyə cəlb olunmasının qarşısını almaq üçün Dnestr çayının hər iki sahilində sabitliyi qorumaqdır:

“Sizə xatırlatmaq istəyirəm ki, bu, sağ və sol sahildəki insanlar arasında münaqişə deyil. Bu münaqişə Moskvanın separatçı rejimi dəstəkləməsi nəticəsində yaranıb və bu dəstək uzun illər bu separatçı rejimi qoruyub saxlayıb. Bütün bunlar pislənilə bilər və qərar aydındır - separatçı rejimdən qurtulmaq. O zaman biz ölkəmizi reinteqrasiya edə biləcəyik”.

Moldova prezidenti həmçinin qeyd edib ki, Kişinyov Avropa İttifaqına reinteqrasiya edilmiş ölkə kimi daxil ola biləcək və ya bu baş verməsə, əvvəlcə sağ sahildə, sonra isə solda Aİ-yə daxil olmaq variantı var.

Poliqon.info