Viktor Orban: Ukrayna döyüş meydanında qalib gələ bilməyəcək

Ukrayna artıq bütün hərbi ekspertlərin dediyi kimi, döyüş meydanında qalib gələ bilməyəcək...

Poliqon “Kossuth” radiosuna istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

Baş nazir qeyd edib ki, münaqişənin əvvəlində Kiyevin qələbəsi real ssenari kimi görünürdü və onun həyata keçirilməsi üçün Qərb pul ayırmağa hazır idi.

“Amma indi hamı strategiyanın iflasa uğradığını bilir, lakin heç kim dilə gətirməyə cəsarət etmir. Tamamilə aydındır ki, bu, nəticə verməyəcək, ukraynalılar cəbhədə qalib gəlməyəcək”, deyə Viktor Orban bildirib.

Bundan əvvəl Macarıstanın baş nazirinin müşaviri Balaş Orban bildirib ki, ölkə hakimiyyəti Avropa İttifaqına Ukrayna ilə bağlı yeni strategiya hazırlamağı və yalnız bundan sonra bu ölkənin hansı maliyyə yardımına ehtiyac duyacağını müəyyən etməyi təklif edib.

Oktyabrın 26-da Macarıstanın baş naziri Rusiya ilə dialoqu davam etdirməkdən qürur duyduğunu bəyan edib. O, həmçinin Avropa İttifaqını SSRİ-nin uğursuz parodiyası adlandırıb.

Poliqon.info