BMT nümayəndəsi: "Azərbaycan selektiv abortlara görə dünya ölkələri arasında liderlik edir"

BMT nümayəndəsi Azərbaycanda selektiv abortun yaratdığı təhlükə ilə bağlı xəbərdarlıq edib...

Azərbaycan selektiv abortlara görə dünya ölkələri arasında liderlik edir. Əgər, bu tendensiya dəyişməsə, 2050-ci ildə ölkəmiz müəyyən problemlərlə üz-üzə qalacaq".

“Report” xəbər verir ki, bunu BMT Əhali Fondun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

O həmçinin xatırladıb ki, Azərbaycan cins seçiminə görə dünyada Çini də keçərək birinci yerdə qərarlaşıb: "Bu baxımdan ölkədə maarifləndirmə aparılmalı, eləcə də qanunvericiliyə müəyyən dəyişikliklər edilməlidir”.

Poliqon.info