Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 35 %-ə qaldırıb

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib...

“Report” quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsi 5 faiz bəndi artırılaraq 30 %-dən 35 %-ə qaldırılıb.

Xatırladaq ki, uçot dərəcəsi TMB-nin bu il sentyabrın 21-də keçirilmiş iclasında 25 %-dən 30 %-ə çatdırılmışdı.

Poliqon.info